MƏDƏNİYYƏT


Gürcüstan və Rusiya teatrının solistləri Bakıda çıxış edib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində R.Leonkavallonun “Payatsı” operası təqdim olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərindəki əsas partiyalardan birini - Kanio partiyasını Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edib.

Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edib. Bundan başqa, operada Azərbaycanın vokal məktəbini Əməkdar artistlər Afaq Abbasova, Cahangir Qurbanov, solistlər Fəhmin Əhmədli və Tural Ağasıyev təmsil edib.

Səhnə əsəri dirijor, Xalq Artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunub. Maraqlı, zəngin səhnə dekorasiyası və məharətli çıxışlar əsəri daha da baxımlı edib, opera maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.