CƏMİYYƏT


Gürcüstan vətəndaşının Azərbaycana 100 qram civə gətirmək cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib. Hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı təhqiqat aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.