DÜNYA


Gürcüstanda 6 ay ərzində elektrik enerjisinin idxalı 5 faiz artıb

Tbilisi, 4 iyul, AZƏRTAC

Gürcüstanda cari ilin yanvar ayından bu günədək elektrik enerjisinin idxalı 5 faiz artıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, tendensiya belə davam edərsə, elektrik enerjisinin idxalı 2017-ci ilin sonunadək 1,5 milyard kilovat saata çatacaq. Bu isə elektrik enerjisinin tarif qiymətlərinin artmasına səbəb olacaq.

Ekspertlərin fikrincə, elektrik enerjisinin idxalının artmasına səbəb hökumətin tikilməkdə olan su elektrik stansiyalarının inşasını dayandırması və ölkənin elektrik enerjisi istehsalının aşağı düşməsidir.

Gürcüstan parlamentinin deputatı Rezo Arveladze mətbuata açıqlamasında deyib ki, hökumət enerji sektoruna yönəlmiş investisiyaları azaldıb. Bu isə ölkənin qonşu ölkələrdən asılılığını artırır. Ölkə özü enerji istehsal etmədikdə məcburdur ki, enerjiyə olan tələbatını qonşu dövlətlərdən alacağı elektrik enerjisi hesabına ödəsin.

Deputatın sözlərinə görə, yay aylarında elektrik enerjisinə tələbat az olsa da, oktyabrdan başlayaraq tələbat dəfələrlə çoxalacaq. Bu da öz növbəsində enerjinin idxalını artıracaq. Nəticə etibarilə, elektrik enerjisinin qiymətləri də qalxacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.