DÜNYA


Gürcüstanda IX-X əsrə aid qədim şəhərin qalıqları tapılıb

Tbilisi, 10 iyul, AZƏRTAC

Gürcüstanın Telavi şəhəri yaxınlığında IX-X əsrlərə aid şəhərin qalıqları tapılıb.

Telavi arxeoloji ekspedisiyasının rəhbəri Nika Tuşabramişvili bildirib ki, yazılı məlumatlara görə, bu ərazilərdə Telavi şəhəri hələ II əsrdə mövcud olub. Amma bugünədək qədim şəhərin dəqiq yerini tapmaq mümkün olmayıb.

“Bütün məsuliyyətimlə deyə bilərəm ki, tapdığımız şəhər qalıqları IX-X əsrdə mövcud olmuş qədim Telavi şəhərinin qalıqlarıdır” –deyə, arxeoloq vurğulayıb.

Qazıntı işləri zamanı keramika, silah, mürəkkəb qabları, kuzə və digər əşyalar tapılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.