CƏMİYYƏT


Gürcüstanda milli azlıqlar seçkilərlə bağlı maarifləndirilirlər

Tbilisi, 30 iyul, AZƏRTAC

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) Rustavi şəhərində və Qardabani rayonunda yaşayan milli azlıqlar, xüsusən də azərbaycanlılar üçün cari ilin oktyabrında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı maarifləndirici tədbir təşkil edib. Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Seçkilərin media mərkəzi” layihəsi çərçivəsində keçirilib.

GAHA-nın sədri, hüquq elmləri magistri Əli Bədirov iştirakçılara seçkilərin təşkili və seçici hüquqları barədə ətraflı məlumat verib.

Əli Bədirov AZƏRTAC-a müsahibəsində deyib ki, belə tədbirlər vasitəsilə seçicilər seçki prosesi və səsvermə qaydaları barədə ətraflı məlumat əldə edirlər. Anoloji tədbir Marneulidə də keçirilib. Növbəti görüşün Telavidə təşkil olunması nəzərdə tutulur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.