CƏMİYYƏT


Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində heç bir problem olmayacaq

A+ A

Tbilisi, 3 sentyabr, AZƏRTAC

SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində heç bir problem olmayacaq.

Bu sözləri Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

R.Abdullayev deyib: “Bizdən asılı olmayan bəzi səbəblərdən Gürcüstanın ali təhsil müəssisələrində oxuyan tələbələrin təhsil haqqının ödənişində problemlər yaranmışdı. Amma artıq həmin problemlər öz həllini tapıb. Tələbələrin təhsil haqları ödəniləcək”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.