DÜNYA


Gürcüstanda təkrar seçkilərdə qələbə qazana bilməyən namizədlər mübarizəni ikinci turda davam etdirəcəklər

A+ A

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində təkrar seçkilər keçirilib. Majoritar sistem üzrə keçirilmiş təkrar seçkilərdə namizədlərin heç biri lazım olan səs çoxluğunu toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin dairələr üzrə seçkilərin ikinci turu keçiriləcək.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə ikinci turun keçirilməsi barədə qərar qəbul edib.

MSK-nın məlumatına görə, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandıqları halda deputat seçiləcəklər. İkinci turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.

İkinci tur majoritar sistem üzrə 50 dairədə keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.