DÜNYA


Gürcüstanda terrora qarşı mübarizə üzrə təlimlər keçirilib

Tbilisi, 17 iyun, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin hissələri terrora qarşı mübarizə ilə bağlı birgə təlim keçiriblər.

Təlimlərdə DİN-in xüsusi tapşırıqlar üzrə departamentinin, DTX-nin fövqəladə vəziyyətin idarə olunması, minaların zərərsizləşdirilməsi və antiterror departamentinin xüsusi dəstələri iştirak ediblər.

Onlar şərti olaraq terror əməliyyatlarının qarşısının alınması, kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsi kimi tapşırıqları icra ediblər.

Daxili işlər naziri Qeorqi Mqrebrişvili açılış mərasimində deyib ki, terror çox ciddi problemdir və onun qarşısının alınması hüquq mühafizə orqanları üçün ən başlıca məqsəddir.

Təlimlərin məqsədi hüquq mühafizə orqanlarının terrora qarşı mübarizə sahəsində vərdiş və bacarıqlarını artırmaqdır.

Bu cür təlimlərin gələcəkdə digər qonşu dövlətlərin müvafiq strukturları ilə birgə keçirilməsi nəzərdə tutulub.

Təlimləri Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları izləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.