CƏMİYYƏT
Gürcüstanda yaşayan azərbaycanlılar türk xalqı ilə həmrəydirlər
Tbilisi, 23 iyul, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresinin, “Aktiv” Qadınlar Assosiasiyasının, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının üzvləri iyulun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində toplaşıblar.
Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov deyib ki, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd demokratiyaya, xalqın azad seçiminə qarşı qəsd idi. Lakin türk xalqı birlik, müdriklik, cəsarət nümayiş etdirərək zorakılığa yox dedi, öz dövlətini, demokratiyasını qorudu.
Muzeyin direktoru Leyla Əliyev, “Aktiv” Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək Türkiyədə dövlət çevrilişi cəhdinin yolverilməz olduğunu bildiriblər. Qeyd ediblər ki, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, qardaş türk xalqı ilə həmrəydirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi