REGİONLAR


Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton hektarin və şaftalı geri qaytarılıb

A+ A

Bakı, 6 iyul, AZƏRTAC 

İyulun 5-də Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton hektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır.

Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyi nəzərə alınaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.