CƏMİYYƏT


Gürcüstanın Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyində olub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Y.Camalov Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir iki dost və qonşu ölkə arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Söhbət zamanı səfirə MSN-in fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvili də iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.