İQTİSADİYYAT


Gürcüstanın Baş naziri BP-nin regional prezidenti ilə “Şahdəniz-2” layihəsini müzakirə edib

A+ A

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell ilə “Şahdəniz-2” layihəsini müzakirə edib.

Baş nazirin dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-də keçirilən görüşdə əsasən BP-nin Gürcüstanda həyata keçirdiyi layihələr ətrafında fikir mübadiləsi aparılıb.

“Cənub” Qaz Dəhlizinin vacib komponentlərindən biri olan “Şahdəniz” layihəsinin ikinci fazasının genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işlər də əsas müzakirə edilən məsələlərdən olub. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

Bildirilib ki, BP qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə 2 milyard dollar sərmayə yatıracaq.

Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.