SİYASƏT


Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.