RƏSMİ XRONİKA
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
Zati-aliləri,
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.
Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm.
Hörmətlə,
İrakli Qaribaşvili
Gürcüstanın Baş naziri