CƏMİYYƏT


Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

A+ A

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili sentyabrın 11-də müqəddəs Qurban bayramı münasibəti ilə Tbilisidəki məsciddə olub.

Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. G.Kvirikaşvili məscidə toplaşanlara müraciətlə deyib: “Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Çox şadam ki, bu gün sizinlə bir yerdəyəm və bayramı sizinlə birgə qeyd edirəm”.

Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi qeyd edən və dövlətin bunu yüksək qiymətləndirdiyini vurğulayan Baş nazir deyib: “Gürcüstan dövləti də sizin qayğınıza qalmalıdır, qalır və qalacaq".

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri, hacı Ramin İgidov Baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

GMİ-nin müftiləri Bekler Kamaşidze, Yasin Əliyev, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə Gürcüstan hökumətinə və şəxsən Baş nazir G.Kvirikaşviliyə təşəkkür ediblər. Çıxış edənlər Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.

Sonda Baş nazir məscidin qaziləri ilə görüşüb, xatirə şəkili çəkdirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.