DÜNYA


Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

Tbilisi, 24 iyun, AZƏRTAC

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili iyunun 23-də ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, Ramazan haqqa qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərlik ayıdır.

G.Kvirikaşvili deyib: “Gürcüstan vətəndaşları fərqli inanc, din və millətə mənsub olmalarına baxmayaraq, ölkəmizin inkişafı naminə birləşərək birgə xidmətlər göstərirlər. Bizim çoxkonfensiyalı və çoxmillətli dövlətimiz var. Tarixboyu vətəndaşlarımız din və vicdan azadlığına söykənərək bərabər, qarşılıqlı hörmət və tolerantlıq mühitində birgə yaşayıblar. Bu vəziyyət bu gün də davam edir”.

Tədbirdə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Bəylər Kamaşidze, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə Baş nazirə minnətdarlıqlarını bildiriblər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əmin-amanlıq arzulayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.