RƏSMİ SƏNƏDLƏR


Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqi, rifah və uğurlar əldə edib.

Gürcüstan Sizin ölkənizlə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq, strateji tərəfdaşlıq və xalqlarımız arasındakı çoxəsrlik dostluq əlaqələri birgə səylərimiz nəticəsində daha da güclənəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı ifadə edərək xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Hörmətlə,

 

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır