Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan xalqı uğurlu, müstəqil və inkişaf edən, beynəlxalq arenada layiqli yerini tutan dövlət yaratmağı bacarmışdır. Gürcüstan Azərbaycan Respublikası ilə dost əlaqələrinə böyük əhəmiyyət verir və inanıram ki, birgə səylərimiz nəticəsində strateji tərəfdaşlığımız və xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcəkdir.

Gürcüstanın suverenliyini və müstəqilliyini dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı ifadə edirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin