ELM VƏ TƏHSİL
Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Azərbaycan məktəbində olub
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili sentyabrın 15-də Kvemo Kartli bölgəsinin Marneuli rayonunun Qasımlı kəndindəki Qasımlı İctimai Məktəbində olub.
Nazir yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllim və valideynləri təbrik edib, məktəblilərə uğurlar arzulayıb.
Bildirilib ki, məktəb 350 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Məktəbdə 14 sinif otağı var. Burada təhsil iki növbədə aparılır.
Qeyd olunub ki, şagirdlər arasında azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də var. Onlar Azərbaycan və gürcü dillərini dərindən öyrənirlər.
Nazir gələcəkdə məktəbdə yeni sinif otaqlarının tikintisi üçün müəyyən addımların atılacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi