DÜNYA


Gürcüstanın hakim partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb

A+ A

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

Gürcüstan qanunlarına görə, sentyabrın 8-dək siyasi partiyalar proporsional və majoritar seçki siyahılarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Hakim partiyanın siyahısında birinci yerdə partiyanın sədri, Baş nazir Giorgi Kvirikaşvili, ikinci yerdə Baş nazirin müavini, energetika naziri, partiyanın baş katibi Kaxa Kaladze, üçüncü yerdə isə partiyanın icra katibi İrakli Kobaxidze dayanırlar.

Siyahıda ilk onluqda Tamar Çuqoşvili, Qeorqi Qaxariya, Akaki Zoidze, Tamuna Xulordava, Roman Kakuliya, Sofo Katsarava və İrina Priudze qərarlaşıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.