SİYASƏT


Gürcüstanın müdafiə naziri: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk

A+ A

Tbilisi, 7 noyabr, AZƏRTAC

Biz Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Bu, bizim üçün çox vacibdir.

Bu fikri jurnalistlərə müsahibəsində Gürcüstanın müdafiə naziri Levan İzoria söyləyib.

Nazir deyib: “Azərbaycan və Türkiyə ilə əlaqələrimizin həm ikitərəfli, həm də üçtərəfli inkişafı üçün istiqamətlər müəyyən olunub və biz buna uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Hazırda üçtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər davam edir və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”.

“Azərbaycan bizə yaxın qonşu və dost dövlətdir. Bizim çox yaxşı münasibətlərimiz var. Mən daxili işlər nazirinin müavini işləyərkən də azərbaycanlı həmkarlarımla çoxlu görüşlərim olub. Bu gün də həm dövlətlər səviyyəsində, həm də şəxsi münasibətlər müstəvisində dostluq əlaqələrimiz inkişaf edir”, – deyə Levan İzoria vurğulayıb.

Nazir Gürcüstan ilə NATO arasında əməkdaşlığın region üçün əhəmiyyət daşıdığını bildirərək deyib: “Türkiyə NATO-nun üzvüdür. Biz də həm Türkiyə, həm də NATO ilə sıx əməkdaşlıq edirik. Noyabrın 10-da NATO öz tarixində ilk dəfə Alyansa üzv olmayan ölkənin – Gürcüstanın ərazisində hərbi təlimlər keçirəcək. Fikrimcə bu, münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.