DÜNYA
Gürcüstanın sərhəd-keçid məntəqələrində viza rejimi sərtləşdirilib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstan hökuməti bütün sərhəd-keçid məntəqələrində viza rejimini sərtləşdirib. Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, məqsəd terrorçuların ölkəyə gəlməsinin və terror aktlarının qarşısını almaqdır. Hazırda bütün sərhəd-keçid məntəqələrində, DİN-in post-patrul xidmətinin və digər əlaqədar təşkilatların əməkdaşları ölkəyə gələn vətəndaşların kimliyini, Gürcüstana hansı məqsədlərlə gəlməsinin səbəblərini öyrənirlər.
Gürcüstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, sərhəd-keçid məntəqələrində təhlükəsizlik və terrora qarşı digər mübarizə tədbirləri bütün beynəlxalq standartlara uyğun, qonşu ölkələr, eləcə də Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlıq şəraitində keçirilir.
Nazirlik bəyan edib ki, noyabrın 14-dən 24-dək 479 xarici ölkə vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]