DÜNYA


Gürcüstanın şərqində zəlzələ baş verib

A+ A

Tbilisi, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Gürcüstanın şərqində, Kaxetiya bölgəsində zəlzələ baş verib.

İlya Dövlət Universitetinin seysmoloji monitorinq mərkəzinin məlumatına görə, yeraltı təkanlar 3,2 bal gücündə olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə, Kvareli şəhərindən 16 kilometr şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Yerli sakinlər İtaliyadan sonra yeraltı təkanların Gürcüstanda baş verməsindən narahatdırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.