CƏMİYYƏT


Gürgən qəsəbəsində abadlıq-quruculuq işləri aparılır

Bakı, 21 iyun, AZƏRTAC

Paytaxtın Pirallahı rayonunda geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Gürgən qəsəbəsinin girişində qala divarı, yolun kənarında dekorativ hasarların inşası başa çatdırılıb.

Qala divarlarında inşa olunan qüllələrin diametri 3,8-4.4, divarların uzunluğu 654 metrdir. Giriş hissədəki divarların üstündə daşdan yonulmuş 12 ədəd çıraq quraşdırılıb.

Gürgən qəsəbəsinin giriş hissəsindəki təbii bulaq kompleksi yenidən qurulub. Bulağın sağ və sol tərəflərində ucaldılan sütunların üstündə mişar daşdan yonulmuş 2 ədəd çıraq kompleksə xüsusi yaraşıq verir.

Qəsəbədə sakinlərin istirahəti üçün süni göl və onun ətrafında “Gürgən” parkının salınması işləri həyata keçirilir. Gölün ətrafı boyu 4 metr enində yol düzəldilib. Göl ərazisində yel dəyirmanı, oturacaqlar quraşdırılıb. Burada quraşdırılan şəlalə və körpüdə işlər davam etdirilir. Həmçinin gölün ətrafı boyu və yamac hissədə yaşıllıqlar salınıb.

Mərkəzi yol boyu dəniz kənarında parkla üzbəüz “Balıqçı həyatı” kompozisiyası inşa edilib. Əraziyə yaşıl ot örtüyü, ağac və müxtəlif növ gül kolları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.