İQTİSADİYYAT


Güzəşt hüququ olan şəxslərin gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bu, vergi qanunvericiliyində edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, I-II qrup müharibə əlillərinə muzdlu işlə əlaqədar aylıq gəlirinin vergi tutulan məbləğinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan güzəşt hüququ bütün qruplardan olan müharibə əlillərinə şamil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.