İQTİSADİYYAT


“Güzəştli mənzil” elektron sistemində yeni funksiya aktivləşdirildi

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən “Elektron hökumət” portalında istifadəyə verilmiş “Güzəştli mənzil” sistemindən istifadədə rahatlığı artırmaq məqsədilə müvafiq təkmilləşdirilmə işləri davam etdirilir.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, sistemin son funksional yeniliyi agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədilə müraciət etmiş və şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara qeydiyyat zamanı sistemə daxil etdikləri əlaqə vasitələrini istənilən an real vaxt rejimində dəyişmək imkanını təmin edir.

Bu funksional yenilik vasitəsilə vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olaraq –“şəhər telefonu”, “mobil telefonları”, “elektron poçt ünvanı”, “sms bildirişlər üçün mobil telefon” və “faktiki yaşayış ünvanı” bölmələrində daha öncə qeyd etdikləri məlumatı yeniləyə bilərlər.

Qeyd edilən dəyişikliklər istifadəçinin daim aktiv əlaqə vasitələrindən istifadə etməklə bildirişlərdən vaxtında xəbərdar olmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.