CƏMİYYƏT


Güzəştli mənzillərin tikintisi genişləndirilir

Bakı, 11 may, AZƏRTAC

Yaxın günlərdə güzəştli şərtlərlə mənzil almaq istəyənlərin qeydiyyatına başlanılacaq və həmin mənzillərin satışı elektron qaydada həyata keçiriləcəkdir. Artıq elektron sistemin hazırlıq prosesi tam başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Mənzil İnşaat Dövlət Agentliyinin direktoru Samir Nuriyev indiyədək güzəştli mənzil almaq ucun 32 min nəfərin müraciət etdiyini və onlardan 18 min nəfərin müraciətinin qəbul olunduğunu söyləyib. Onun dediyinə görə, güzəştli mənzil sistemi “e-qov.az” hökumət elektron portalında yerləşdiriləcək. Bakıdakı “ASAN xidmət” 1,2 və 3, eləcədə Sumqayıtdakı “ASAN xidmət”də müraciətlərin qəbuluna başlanılacaq.

Hazırda ilk layihə olan Yasamalda güzəştli şərtlərlə satılmaq üçün tikilən yaşayış binasında işlər sürətlə davam edir. Hövsan qəsəbəsində isə yeni mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Həmin ərazidə tikiləcək binaların baş planıni hazırlanıb, yaxın günlərdə işçi layihənin hazırlığına başlanılacaq. Hövsan qəsəbəsində 3 minə yaxın mənzil istifadəyə veriləcək. Mənzil İnşaat Dövlət Agentliyinin direktorunun dediyinə görə, gələcəkdə güzəştli mənzil almaq hüququ olanların kateqoriyası genişləndirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.