QAN YADDAŞI
H.Hüseynov: Xocalıda axıdılan günahsız qanlar yerdə qalmayacaq
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı XX əsrin ən qanlı hadisəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görünməmiş cinayət törədib, 613 nəfəri qətlə yetirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Qubadlıdan olan məcburi köçkün Hənifə Hüseynov deyib.
H.Hüseynov bildirib ki, işğalçılıq siyasəti aparan ermənilərin torpaqlarımızda, o cümlədən Xocalıda axıtdıqları günahsız qanlar yerdə qalmayacaq, bu cinayətləri törədənlər öz layiqli cəzalarını alacaqlar.
H.Hüseynov Xocalı faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb.