RƏSMİ SƏNƏDLƏR
HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ATAL BİHARİ VACPAİYƏ
Hörmətli cənab Baş nazir,
Qucarat ştatında sərnişin qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
28 fevral 2002-ci il