ELM VƏ TƏHSİL
HPE şirkətinin nümayəndələri ADNSU-nun tələbələri ilə görüşüblər
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Hewlett-Packard Enterprise” (HPE) şirkətinin nümayəndələri tələbələrlə görüşüblər.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüş universitetin Məzun Karyera Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılıb.
Universitetin informasiya texnologiyaları departamentinin direktoru Elnur Səfərli bildirib ki, tədbirin məqsədi informasiya texnologiyaları sahəsinə maraq göstərən gəncləri müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış etmək, onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını müəyyənləşdirməkdə yol göstərməkdir. Qeyd edilib ki, ADNSU ilə HPE şirkəti arasında əldə olunmuş razılığa görə hər il universitetin tələbə və məzunlarından bir neçəsi şirkətdə gündəlik təcrübə keçə və ya işlə təmin oluna bilər.
HPE şirkətinin Azərbaycan nümayəndəliyinin konsaltinq meneceri Rövşən Ələkbərov HPE şirkətinin tarixi, onun keçdiyi inkişaf yolu barədə məlumat verib, tələbələrə təmsil etdiyi şirkətdə karyera qurmağın üstünlüklərindən danışıb.
Görüşdə informasiya texnologiyaları mövzusunda müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]