ELM VƏ TEXNOLOGİYA


HP enerji ilə təmin olunan çanta təqdim edib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

ABŞ-ın “Hewlett-Packard” (HP) şirkəti qurğuları enerji ilə təmin etmək üçün nəzərdə tutulan güclü akkumulyatora malik “HP Powerup Backpack” çantasını təqdim edib.

AZƏRTAC hitech.newsru.com saytına ictinadla xəbər verir ki, zahirən adi çantalardan fərqlənməyən “HP Powerup Backpack” su keçirməzdir. Xüsusi sensorlar qadjetlərin enerji ilə doldurulması zamanı çantanın daxilindəki temperaturu izləyir.

Çantaya quraşdırılmış 22 min 400 milliamper/saat tutuma malik batareya smartfonu 10, planşeti isə 3 dəfə enerji ilə doldura bilir. Batareya, həmçinin noutbukun qida mənbəyi kimi istifadə edilə bilər.

Cari ilin oktyabrında satışa çıxarılacaq çantanın qiyməti 200 ABŞ dolları təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.