DÜNYA


“HP” olduqca güclü mini-kompüter təqdim edib

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

“HP” şirkəti “Autodesk University” konfransında “Z2 Mini” adlı kiçikölçülü işçi stansiyasını təqdim edib. İstehsalçılar iddia edirlər ki, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən ikiqat gücə malikdir və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, “3D” modelləşdirmə sahəsində peşəkarlar, “DesignCAD 3D Max”, “ArchiCAD” istifadəçiləri üçün nəzərdə tutulub.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 santimetrdir. Aparat xüsusi layihələndirilmiş ventilyator və soyutma sistemi sayəsində səssiz işləyir.

Yeni model “Intel Xeon E5” prosessoru, “Nvidia” qrafik kartı və “HP Z Turbo Drive SSD” daşıyıcısı ilə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.