Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Qamuna oğlu Səlimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                          O.Əsədov

Bakı şəhəri, 31 may 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin