DÜNYA


“HTC” bu rüb üç yeni smartfon təqdim edəcək

Bakı, 7 yanvar, AZƏRTAC

Tayvanın “HTC” şirkəti bu rüb üç yeni smartfon təqdim edəcək. Hazırda bu smartfonlar barədə dəqiq məlumat olmasa da, birinci smartfonun yanvarın 12-də nümayiş ediləcəyi gözlənilir. Bu, istehsalçının təqdimat üçün rəsmi dəvətdə işarə etdiyi yeni “U” istehsal xəttinin açılışı olacaq.

Bu günlərdə isə məşhur “LlabTooFeR” resursu “Twitter” səhifəsində Tayvan istehsalçısının növbəti üç smartfonunun kod adının “HTC Alpine”, “HTC Ocean Note” və “HTC E66” olacağı barədə məlumat verib. Sonuncu modelin şəkli bu günlərdə internetdə görünən “HTC One X10” smartfonu olduğu bildirilir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, digər iki aparata gəldikdə, “HTC Alpine” adı altında şirkətin yeni qabaqcıl “HTC 11” modeli gizlənir. Heç bir məlumatın olmadığı modeldə yeni səkkiznüvəli “Snapdragon 835” prosessorunun quraşdırılacağı ehtimal edilir.

“HTC Ocean Note” isə təqdimatı yanvarın 12-nə nəzərdə tutulan “HTC U Ultra” modelinin kod adıdır. Şayiələrə görə, smartfon kənarları bükülü 6 düymlük ekran, “USB Type-C” çıxışı, eləcə də smartfonlar arasında ən yaxşı kamera ilə təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.