İQTİSADİYYAT


H.Z.Tağıyev adına NQÇİ-də neft hasilatı 6,3 faiz artıb

Bakı, 5 iyun, AZƏRTAC

Yanvar-may ayları ərzində H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsində (NQÇİ) neft hasilatı 6,3 faiz artıb.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, ötən beş ay İB-nin H.Z.Tağıyev adına NQÇİ üçün uğurlu dövr olub. Cari ilin yanvar-may ayları ərzində H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsində bütün sahələr üzrə göstəricilər yüksəldilib, hasilatın artırılması təmin edilmiş, yan lülə ilə qazmanın genişləndirilib, ətraf mühitin mühafizəsi, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər görülüb.

Belə ki, ötən beş ay ərzində H.Z.Tağıyev adına NQÇİ neft hasilatı planını 106,7 faiz yerinə yetirərək, plandan əlavə 1880 ton neft hasil edib (plan 27 min 910 ton, faktiki 29 min 790 ton). 2016-cı ilin 5 ayı ilə müqayisədə neft hasilatı 6,3 faiz və ya 1778 ton artıb (2016-cı ilin 5 ayında faktiki neft hasilatı 28 min 12 ton).

Qaz hasilatı üzrə tapşırıq 161,6 faiz yerinə yetirilib, plandan əlavə 911 min kubmetr qaz hasil edilib (plan 1 milyon 480 min kubmetr, faktiki 2 milyon 391 min kubmetr). Keçən ilin 5 ayı ilə müqayisədə qaz hasilatı 59 min kubmetr artmışdır (2016-cı ilin 5 ayında faktiki qaz hasilatı 2 milyon 332 min kubmetr).

Fəaliyyətsiz fonddan bir quyu planlaşdırıldığı halda 6 quyu istismara daxil edilib. Hesabat dövrü ərzində 2 quyu yan lülə ilə qazılıb, onlardan 390 ton əlavə neft hasil edilib. Hazırda, 3 quyuda yan lülə qazma işləri davam etdirilir. Onlardan günlük 5,5 ton neft hasilatı gözlənilir.

Ötən dövr ərzində təmir sahəsində də mühüm işlər görülüb. Qala sahəsindəki neft yığım məntəqəsində 2 ədəd 60 və 2 ədəd 150 kubmetrlik çənlər əsaslı şəkildə təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.