İQTİSADİYYAT


H.Z.Tağıyev adına NQÇİ-dəki xidməti sahələr təmir edilir

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına neft və qazçıxarma idarəsindəki (NQÇİ) xidməti sahələr təmir olunur.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən altı ay H.Z.Tağıyev adına NQÇİ üçün uğurlu dövr olub, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər görülüb. İdarənin 1 saylı neft-qaz çıxarma sexinin Qala sahəsindəki neft yığım məntəqəsində 2 ədəd 60 kubmetrlik çən əsaslı təmir olunub, burada armatur karkas qurulub, qəliblənib və beton tökülüb.

Hazırda Qala sahəsindəki neft yığım məntəqəsində daha iki 150 kubmetrlik neft çəninin təmiri davam etdirilir. Siyirtmələr quraşdırılıb, boru xətləri və klapanların quraşdırılması işi isə başa çatmaq üzrədir. İdarənin Qala sahəsində yerləşən mərkəzi anbar binasının və Buzovna sahəsində yerləşən 491 saylı yarımstansiyanın dam örtüyü də əsaslı şəkildə təmir olunaraq istismara verilib. Təmir zamanı taxta dam konstruksiyaları qurulub və metal şiferlər vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.