ELM VƏ TƏHSİL


“H.Z.Tağıyev klubu”nun fəal üzvlərinə sertifikatlar verilib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) tanınmış milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin adını daşıyan “H.Z.Tağıyev klubu”nun məşğələsi keçirilib.

MATM-dan AZƏRTAC-a bildiriblər ki, məşğələdə muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayevanın “H.Z.Tağıyev və milli şüur” mövzusunda mühazirəsi dinlənilib.

Mesenat H.Z.Tağıyevin ayırdığı maliyyə yardımı əsasında inşa olunmuş təhsil ocaqlarının fotoşəkillərindən ibarət fotoslaydın vasitəsilə keçirilən məşğələdə Azərbaycan milyonçusunun sahibkarlıq, maarifçilik, ictimai və xeyriyyəçilik fəaliyyətinin xalqımızın milli şüurunun formalaşmasına yönəlmiş önəmli təsiri barədə ətraflı məlumat verilib.

Sonra 2016-cı ildə “H.Z.Tağıyev klubu”nun məşğələlərdə fəal iştirak etmiş üzvlərinə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.