Haaqa tribunalının iclası zamanı zəhər içən xorvatiyalı general ölüb
Bakı, 29 noyabr, AZƏRTAC
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın mühakimə etdiyi bosniyalı xorvatların generalı Slobodan Pralyak məhkəmə zalında intihar cəhdindən sonra ölüb.
AZƏRTAC xəbər verir ki, Hina agentliyinin məlumatına görə, general xəstəxanada keçinib. Bu informasiya hələlik rəsmən təsdiqlənməyib. Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları işləyir.
Bu gün tribunalın Apelyasiya Palatası Pralyak barədə 4 il əvvəl çıxarılmış hökmü təsdiqləyib - 2013-cü ildə general 20 il həbs cəzasına məhkum olunmuşdu. General iclasda ayağa qalxaraq hərbi cani olmadığını, hökmü rədd etdiyini deyib və naməlum maye ilə dolu şüşəni başına çəkib. Müttəhimin vəkili şüşədəkinin zəhər olduğunu bildirib.
Məhkəmə, həmçinin Bosniya xorvatlarının “Herseq Bosna” adlandırılan qondarma qurumunun sabiq Baş naziri Yadranko Prliç (25 il həbs) və sabiq müdafiə naziri Bruno Stoyiç (20 il həbs) barəsində hökmləri də qüvvədə saxlayıb.
Onların hər üçü Bosniya və Herseqovinada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar bilinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]
Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub
- 15.09.2026 [12:17]