İDMAN


Hacı Əliyev: Ehtiyatla çıxış edərək, təmiz qələbə qazandım

Bakı, 20 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC

Qırğızıstanlı güləşçi Alibek Osmonov ilə ilk dəfə idi qarşılaşırdım. Demək olar, onu tanımırdım. Heç də zəif rəqib deyildi. Ehtiyatla çıxış edərək, təmiz qələbə qazandım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 61 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən sərbəst güləşçi Hacı Əliyev söyləyib.

Prezident İlham Əliyevin ailə üzvləri birlikdə final görüşlərini izləməsinin idmançılarda böyük ruh yüksəkliyi yaratdığını bildirən Hacı Əliyev deyib: “Çox sevinirəm ki, cənab Prezident şəxsən oyunumu izlədi. Bu, biz idmançılara dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsidir”.

O bildirib ki, hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. “Rio Olimpiadasında üçüncülük əldə etmişdim. Çalışacağam ki, 2020-ci ildə Tokio Olimpiadasında qızıl medala sahib çıxım”, - deyə Hacı Əliyev vurğulayıb.

Qeyd edək ki, ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.