İDMAN


Hacı Əliyev: Olimpiya Oyunlarında ustalıqla yanaşı, şans da rol oynayır

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Olimpiya Oyunlarında ustalıqla yanaşı, şans da rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016”da bürünc medala sahib olan Azərbaycan güləşçisi Hacı Əliyev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

“Bir çox güclü idmançı bu Olimpiya Oyunlarında məğlub oldu. Mən rəqibim Gürcüstan təmsilçisinə uduzacağıma inanmırdım. Çünki ona qalib gələcəyimə dair güclü hissim var idi. Olimpiya Oyunlarında həmişə belə sensasiyalar baş verir. Ən əsası odur ki, “Rio-2016”nı medalsız başa vurmadım”, - deyə H.Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.