İDMAN


Hacı Əliyev “Rio-2016”nın bürünc medalını qazanıb [YENİLƏNİB]

A+ A

Bürünc medal uğrunda görüşdə Hacı Əliyev Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşıb. Rəqibini təmiz qələbə il məğlub edən Hacı Əliyev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Bakı, 19 avqust, AZƏRTAC 

23:38

Hacı Əliyev təsəlliverici görüşünü qələbə ilə başa vurub. Qazaxıstanlı Nurislam Sanayevi məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşacaq.

19:19

Hacı Əliyev dörddəbir finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşviliyə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ilə Hacı Əliyev təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. Güləşçimizin ilk rəqibi qazaxıstanlı Nurislam Sanayev olacaq.

18:03

Hacı Əliyevin dörddəbir finaldakı rəqibi müəyyənləşib. Yarımfinal gedən yolda güləşçimiz Gürcüstan idmançısı Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq.

17:35

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev səkkizdəbir finalda Yunsik Yun (Koreya Respublikası) ilə qarşılaşıb. Rəqibini məğlub edən ikiqat dünya çempionumuz dörddəbir finala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.