İDMAN


Hacı Əliyev sərbəst güləş yarışlarının finalında

Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

İslamiadanın sərbəst güləş yarışlarında 61 kiloqram çəki dərəcəsində mübarizənin yarımfinalında Azərbaycan güləşçisi Hacı Əliyev inamla çıxış edərək həlledici qarşılaşmada iştirak hüququ qazanıb.

AZƏRTAC xəbər verir ki, pəhləvanımız yarımfinalda daha əvvəl də qarşılaşdığı İran güləşçisi Məsud İsmailpur ilə üz-üzə gəlib.

Oyunun əvvəlindən təşəbbüsü ələ alan Hacı Əliyev 8:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.