REGİONLAR


Hacıqabul Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir

Bakı, 6 iyun, AZƏRTAC

Hacıqabul Elektrik Şəbəkəsinin inzibati ərazisində son iki ildə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə 1200 abonenti olan rayonun Udulu kəndində 35/10 kilovoltluq (kV) yeni “1-ci Udulu” yarımstansiya tikilib, 110/35/10 kV-luq “Qazıməmməd” yarımstansiyasının gücü 2 dəfədən çox artırılaraq 16 MVA olub, 36 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb, 50.900 metr naqil çəkilib, 0,4 kV-luq hava xətləri üzrə isə 4.163 ədəd dayaq basdırılmaqla, 73.954 metr özünüdaşıyan izolyasiyalı naqil qurlaşdırılıb.

Hazırda Hacıqabulun Nəvai və Pirsaat qəsəbələrində, Udulu, Padar və başqa kəndlərində elektrik hava verilişi xətlərinin yenilənməsi, çəkilməsi, təmiri, bərpası istiqamətində sürətli işlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.