REGİONLAR


Hacıqabul-Horadiz magistralında 25 sürücü cərimələnib

Hacıqabul, 11 avqust, Mahir Babayev, AZƏRTAC

Magistral yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Baş Dövlət Yol Polisinin (BDYP) 13-cü alayı tərəfindən Hacıqabul-Horadiz magistralının 9-cu kilometrliyində reyd keçirilib.

AZƏRTAC xəbər verir ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub. Ümumilikdə 25 sürücü barədə inzibati qaydada protokol tərtib edilərək cərimələr yazılıb, sənədləri olmayan bir neçən avtomobil müvəqqəti dayanacağa yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.