REGİONLAR
Hacıqabul şəhərində inşa edilən 100 yerlik uşaq bağçasında tikinti işləri başa çatmaq üzrədir
Hacıqabul, 28 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabul şəhərində müasir tələblərə cavab verən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisində son tamamla işləri görülür.
AZƏRTAC xəbər verir ki, 36 sot ərazidə inşa olunan ikimərtəbəli bağçanın tikintisinə bu ilin əvvəlindən başlanılıb. Məktəbəqədər tədris müəssisəsi müasir tələblərə tam cavab verir. Körpələr evində istilik sistemi qurulub, su və qaz xətti çəkilib. Dayanıqlı enerji üçün transformator yarımstansiyası qoyulub. Tədris müəssisəsinin həyətində abadlıq işləri aparılıb, gül-çiçək əkilib, yaşıllıqlar salınıb. Uşaqların açıq havada əylənməsi üçün oyun meydançaları yaradılıb və müvafiq qurğular quraşdırılıb.
Yaxın günlərdə uşaq bağçasının istifadəyə verilməsi gözlənilir.