REGİONLAR


Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin ərazi inzibati binası istifadəyə verilib

A+ A

Hacıqabul, 8 oktyabr, Mahir Babayev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Hacıqabulda inşa edilən ərazi inzibati laboratoriya binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, şəhərin Həmidağa Səmədov küçəsində yerləşən binanın inşasına ötən ilin əvvəlindən başlanılıb və artıq laboratoriyanın tikintisi tam başa çatdırılıb. İkimərtəbəli binadakı 25 iş otağında işçilərin normal fəaliyyəti üçün bütün imkanlar yaradılıb.

İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.