CƏMİYYƏT


Hacıqabulda ferma yanıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Hacıqabul rayonunun Nəvahi kəndində vətəndaşa məxsus ümumi sahəsi 900 kvadratmetr olan fermada yanğın olub. Nəticədə fermanın qamışdan ibarət 100 kvadratmetrlik tavanı, ərazidə yerləşən ümumi sahəsi 20 kvadratmetr olan gözətçi otağı, tövləyə bitişik istifadəyə yararsız 10 ton ot bağlaması və 500 kvadratmetr sahədə kol-kos yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.