REGİONLAR
Hacıqabulda inşa edilən ərazi inzibati laboratoriya binasının tikintisi başa çatıb
Hacıqabul, 26 may, Mahir Babayev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Hacıqabulda inşa edilən ərazi inzibati laboratoriya binasının tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, şəhərin Həmidağa Səmədov küçəsində tikilən binanın inşasına ötən ilin əvvəlindən başlanılıb və artıq işlər başa çatıb. Binanın daxilinin ümumi sahəsi 405 kvadratmetrdir. Laboratoriya 25 iş otağından ibarətdir və burada işçilərin normal fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Müasir tələblərə uyğun inşa edilən bina havalandırma, istimə və soyutma sisteminə malikdir. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Milli memarlıq ənənələri ilə inşa edilən binanın yaxın günlərdə açılışı olacaq.