REGİONLAR


Hacıqabulda taxıl yığımı başa çatıb

Hacıqabul, 17 iyul, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda taxıl yığımı başa çatıb. Fermerlər taxıl sahələrindən 44 min 864 ton məhsul götürüblər. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını ilbəil artırır. İndi rayonda onlarla fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari təsərrüfat ilində rayonda 15 min 820 hektar taxıl sahəsinin məhsulu yığılıb. Biçin aparılmış 6 min 870 hektar arpa sahəsindən 20 min 725 ton, 8 min 950 hektar buğda sahəsindən isə 24 min 136 ton məhsul götürülüb. Məhsuldarlıq arpa sahələrində 29,9, buğda sahələrində 32,3 sentner olub.

Ayrı-ayrı fərdi təsərrüfatlarda məhsuldarlıq daha yüksəkdir. Rayonun Meyniman kənd sakini, fermer Əhsən Hacıyev bu il 700 hektar sahədə taxıl yetişdirib ki, bunun da 450 hektarı toxumçuluq sahəsidir. Torpaq mülkiyyətçisi hər hektardan 35 sentner məhsul götürüb. Toxumçuluq üçün nəzərdə tutulan sahədə isə məhsuldarlıq 42 sentnerə çatıb.

Qeyd edək ki, ötən il rayonda 13 min 793 hektar sahəsindən 43 min 793 ton taxıl yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.