REGİONLAR


Hacıqabulda tərəvəz sahələrindən 4226 ton məhsul yığılıb

Hacıqabul, 4 avqust, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Hacıqabulda dənli bitkilərlə yanaşı, bostan-tərəvəz və meyvə istehsalına da xüsusi diqqət yetirilir, sahələr ilbəil genişləndirilir, yeni meyvə bağları salınır. İndi rayonda onlarla məhsul istehsalçısı təsərrüfatın bu sahələri ilə məşğul olur və yaxşı mənfəət əldə edirlər.

Rayon Kənd Təsərrüfat İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yazında 828 hektar sahədə bostan, 469 hektar sahədə isə tərəvəz bitkiləri əkilib. İl təsərrüfat işləri üçün əlverişli keçdiyindən sahələrdə bol məhsul yetişdirilib. Tərəvəz sahələri və meyvə bağlarından indiyədək müvafiq olaraq 4226 ton tərəvəz, 2185 ton meyvə istehsal olunub. Əkinçilər ən yüksək nəticəni kartof sahələrindən əldə ediblər. Onlar əkdikləri 42 hektar kartof sahəsindən 461 ton məhsul götürüblər ki, bu da ötən ildəkindən 22 ton çoxdur. Kartof sahələrinin hər hektarının məhsuldarlığı 110 sentner olub.

Rayonda tərəvəz yığımı uğurla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.